Join our mailing list for the latest news

Previous events

dihaj #teos #30december

Dihaj 2016 Yekun konserti - 30 Dekabr - ETUD Cafe & Bar - 21:00

2016 Dihaj üçün maraqlı və uğurlu keçdi. Festivallarda olduq, konsertlərimiz oldu, mukafatlar aldıq və Eurovisiona seçildik və s. Eyni zamanda ETUD Cafe & Bar bizim doğma yerlərimizdən biri oldu. Orada doğma insanlar yığışır.

Dihaj və dostlarından hədiyyələr də olacaq !

Dj Hazy də bizimlə olacaq.

Biletləri ETUD Cafe & Bar və Old School - cafe & shop da əldə edə biləcəksiz.

P.S: Qonaqların hər biri biletlərini təqdim edərək 1 RedBull içkisini bizdən pulsuz ala biləcəklər.

Əziz dostlar, hamını gözləyirik #dihaj #teos #30december

Red Bull Soapbox Race

near to Heyder Aliyev Center, Baku

Red Bull Soapbox Race – dünyanın ən əyləncəli və yaradıcı yarışmasıdır.

Bu ilin ən əyləncəli yarışını qaçırma!

Yarışda 60 komanda öz əldəqayırma dörd təkərli arabaları ilə iştirak edir. Həmən arabalar heç bir mühərrik olmadan, tək insanın fiziki gücü ilə hərəkətə gətirilirlər. Yarışmanın münsiflər heyəti, iştirakçıları iki meyara əsasən qiymətləndirirlər: yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər. Üçüncü meyar isə, arabanın finişə qədər bütün maneələrin öhdəsindən gələrək çatdığı vaxtdır. Üç ən çox bal toplayan komanda qalib gələrək, qiymətli hədiyyələrin sahibi olur. 2000-ci ildən Brüsseldə ilk yarışmadan sonra bu günə qədər 100-dən çox ölkədə Red Bull Soapbox Race yarışmaları keçirilib və hər ölkədə on minlərlə azarkeş toplayıb.

Azərbaycanda bu yarış ilk dəfə keçirilir. Ölkənin bütün çılğınları araba düzəldib sizin – azarkeşlərin ürəklərini fəth etməyə çalışacaqlar. Yaradıcılıq, əyləncə, şən ab-hava, kreativlik, dəliqanlıq, çılğınlıq və ən əsası sürət, bütün bunlar bir arada!

Komandalar artıq seçilib və yarışa hazırlaşırlar, lakin sən azarkeş kimi gəlib onlara dəstək olub, əyləncə ilə dolu bir gün yaşaya bilərsən.

Harda və nə vaxt: 9 oktyabr / 12:00 / Həsənoğlu küç. (Heydər Əliyev Mərkəzinin yanı).

Giriş: sərbəstdir (pulsuzdur).

Səni və sənin dostlarını, yaxınlarını, tanışlarını, qonşularını, qohum-əqrabanı və bütün tanıdığın insanları gözləyirik :)

www.redbullsoapboxrace.az

Sep30

Digital Poetry

Le Chateau Music Bar, Islam Safarli st. 21 ,1001, Baku

Digital Poetry | ʎɹʇǝoԀ lɐʇᴉƃᴉp | Digital Poetry | ʎɹʇǝoԀ lɐʇᴉƃᴉp pᴉƃᴉʇɐl Ԁoǝʇɹʎ | yrteoP latigid | pᴉƃᴉʇɐl Ԁoǝʇɹʎ | yrteoP latigid

ᴉlɐzɹɐℲ pɐɥɹɐℲ // ʌoɥɐlɐS ɹᴉɯɐS // ɾɐHᴉp DiHaj // Samir Salahov // Farhad Farzali

Broadway Night Show: #1 Walt Disney

Heyder Aliyev Concert Hall, Bulbul pr.,35 AZ 1014, Baku

Впервые в Азербайджане, в рамках проекта #BROADWAYNIGHTSHOW "Baku Sinfonietta Orchestra" начинает серию концертов с бессмертной музыки легендарного Уолта Диснея. Полюбившаяся с детства музыка в живом исполнении симфонического оркестра на главной сцене страны создаст атмосферу ностальгии, волшебства и сказки. Любимые герои запоют голосами Эльнура Гусейнова #ElnurHuseynov, Дианы Гаджиевой #Dihaj, Нармины Керимбековой #NarminaKerimbekova. Подарите незабываемый вечер себе и своим близким.

DiHaj video set by Ru Hasanov

Etud Cafe&Bar, Islam Safarli st. 23, Baku

Bəzən çox gözəl mənzərə, bəzən çox dərin səssizlik və bəzən də çox gözəl musiqi ruhumuza rahatlıq verir. Bu həftə, şənbə günü qoy Dihaj'ın musiqisi ruhunuzu qidalandırsın - istirahətə gəlin. Ən pozitiv və rahat dostlarınızı da sizinlə gəlməyə dəvət edin ;)

Video set isə bu dəfə Rüfət'dəndir. Masa rezervasiyası üçün - 050 766 66 90

DiHaj

ETUD Cafe, Islam Safarli st 23, Baku

Hey everybody,

Those guys are just back from Tbilisi Open Air AlterVision Festival. We know that they made a long way there and back and most probably they are quite tired. BUT NO! We told them that we have missed DiHaj in Baku and they made it simple! They are full of energy as always and they come to meet you at ETUD Cafe&Bar this Saturday. Lets make the most sincere WELCOME BACK PARTY ever in Baku.

Salam dostlar,

Bu Üçlük çox yaxınlarda Tbilisi Open Air AlterVision festivalınnan geri qayıdıb. Bilirik ki, onlar çox uzun yol ediblər və böyük ehtimalla əməlli başlı yorğundular. Ama Xeyr! Biz onlar üçün Bakıda darıxdığımızı dedik və onlar da işi rahatlaşdırdılar. Həmişəki kimi enerji dolu DiHaj bu həftə ETUD Cafe&Bar'da sizinlə görüşməyə gəlir. Hamınız gəlin və Bakının indiyə kimi ən səmimi EVƏ XOŞ GƏLDİN partisini keçirək.

P.S: Bu tədbirdə bütün əcnəbi dostlarımızı da görmək istəyirik və bu səbəbdən tədbir açıqlamasına ilk ingilis dili ilə başladıq ki, açıqlamanın ingilis dilində olduğunu görüb oxusunlar və məlumatlansınlar. Yoxsa, ana dilimiz ilk dilimizdir və belə olaraq da qalacaq.

Tbilisi Open Air Alter/Vision

 —  —

Lisi Wonderland, Tbilisi

AlterVision Group works on musical festivals, concerts and social projects. Tbilisi Open Air is the biggest open air music festival in the Caucasus.

DiHaj

Qramofon, Mirzə İbrahimov 5, Baku

DiHaj (LIVE)

Qramofon Music Cafe, Mirzə İbrahimov 5, Baku

DiHaj (LIVE)

15.04.16/20.00

*free entrance

*aftet party SERMET (TR)/22.30

DiHaj Experimental D00m P0P

Etude Cafe & Bar, Islam Safarli 23, AZ1110, Baku

Anar - Guitar, Synthesizer Diana - Vocals, Keyboards Ali - Drums, FX

DiHaj hiss etdiyi musiqini filtersiz sizə çatdırmaq istəyir. Biz buna yardımçı ola bildiyimiz üçün çox məmnunuq. Bu gün sizləri də bizimlə bərabər görə bilsək daha çox sevinərik.

Hələlik!

DiHaj

Le Chateau Music Bar, Islam Safarli st.

DiHaj Warm up by DJ Mansur

DiHaj

ROOM fine art dine & wine, Nizami 69

you drink we play

Etude (cafe & bar) opening

Etude, Islam Safarli st., Baku

ETUD café&bar’ın açılışında sizinlə bərabər olmaq istərdik. Həmin gün dostlarımız DiHaj, Meridian və Dj James Wolfer bizimlə birlikdə olacaq.

Qapılarımız saat 19:00 da açılacaq. Saat 21:00 dan sonra giriş xanımla vəya ödənişlə (5 AZN) olacaq. Ödənişə 1 pulsuz içki daxildir.

Qrupların çıxış saatı: DiHaj 20:00-22:00 Meridian 22:00 – 24:00 Dj James Wolfer 00:00 – 02:00

Zövqlə əylənəcəyinizdən əminik. Dostlarınızı rahatlıqla dəvət edə bilərsiniz.